Asiya Kubokunun ilk finalçısı məlumdur » Pressing.Az
Asiya Kubokunun ilk finalçısı məlumdur
Dünya Futbolu 7-02-2024, 01:11

Asiya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Pressing.az
xəbər verir ki, İordaniya seçməsi Cənubi Koreya ilə üz-üzə gəlib.

Görüş İordaniya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarımfinalın növbəti qarşılaşması İran və Qətər yığmaları arasında olacaq. Sabah baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.