"Fənərbağça"da ayrılıq
Dünya Futbolu
4-06-2025, 18:07

“Fənərbağça” klubu futbolçusu Filip Kostiçlə yollarını ayırıb.
Pressing.az xəbər verir ki, icarə müqaviləsi başa çatan serbiyalı yarımmüdafiəçi “Yuventus”a qayıdıb. Bu barədə klub Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.
Qeyd edək ki, Kostiç ötən ilin sentyabrından "Fənərbağça"da çıxış edirdi.
