Arda Turandan "Eyüpspor"a qələbəylə vida » Pressing.Az
Arda Turandan "Eyüpspor"a qələbəylə vida
Dünya Futbolu 25-05-2025, 10:02

“Eyüpspor” klubunun baş məşqçisi Arda Turan klubdan ayrıldığını açıqlayıb.

Pressing.az xəbər verir ki, bu barədə mütəxəssis Türkiyə Super Liqasının 37-ci turunda “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Arda Turan 2023-cü ildən “Eyüpspor”u çalışdırırdı.