Xəbər lentiwidget-title-icon

Norveç Kot d'İvuar səddini belə aşdı – VİDEO
Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
Norveç Kot d'İvuara qalib gəldi, mərhələ adladı
"Zirə" Türkiyə klubu ilə qarşılaşıb
Ulduz futbolçu İtaliya nəhəngində - RƏSMİ
"Sabah"dan ayrılan futbolçu Rusiya klubunda
PFL 1-ci və 2-ci liqada mövsümün başlama tarixini açıqladı
"Neftçi" Sloveniya toplanışına start verib
Azərbaycan yığmalarında məşqçi dəyişiklikləri
“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil” – AÇIQLAMA
“Gəncə” braziliyalı oyunçu ilə anlaşıb
Vüsal İsgəndərli Kosovo klubunda - RƏSMİ
Təcrübəli qapıçı İtaliya klubundan ayrıldı - RƏSMİ
30 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə" Türkiyə klubu ilə qarşılaşır
Azərbaycanda bu şəhərin iki klubu birləşdirilib
Levandovski rəsmən ABŞ klubunda
Almaniya DÇ-2026 ilə belə vidalaşdı - VİDEO
Braziliyanın çətin qələbəsi - VİDEO
Daha bir futbolçu karyerasını nöqtələyib
Rusiya nəhəngindən yeni transfer - RƏSMİ
Azərbaycan klublarının yay transfer "bazarlığı" davam edir – YENİLƏNİR
İngiltərə nəhəngi baş məşqçi təyinatını rəsmən açıqladı
Azərbaycan cüdoçularından İspaniyada beş medal
DÇ-2026: Mərakeş Niderlanda şok yaşatdı

Siyasət Əsgərov: “Şanslar yarı-yarıyadır” – AÇIQLAMA

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Monteneqro yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Pressing.az xəbər verir ki, o, hər iki komandanın bərabər gücə malik olduğunu düşünür:

“Fevralın 15-dən toplanış keçirik. Monteneqro ilə görüşə maksimum gücümüzlə hazırlaşırıq. Rəqibi çox yaxşı tanıyırıq. Əvvəlki seçmə mərhələlərdə onlarla bir neçə dəfə qarşılaşmışıq. Millətlər Liqası çərçivəsində üz-üzə gəldiyimiz son iki matçda Monteneqo üzərində qələbə qazanmışdıq. Ancaq bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq. Çünki rəqib futbolçularının həm fərdi, həm də kollektiv keyfiyyətləri yüksəkdir. Bərabər gücə malik komandalar üz-üzə gələcək. Bu səbəbdən hesab edirəm ki, şanslar yarı-yarıyadır. Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək”.

Baş məşqçi heyətdə bəzi itkilərin olduğunu sözlərinə əlavə edib:

“Təəssüf ki, itkilərimiz var. Aytac Şərifova klubunda zədələndiyi, Peritan Bozdağ isə Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə oyunda qırmızı vərəqə aldığı üçün dəvət edilməyib. Buna baxmayaraq, inanıram ki, heyətə cəlb olunan digər oyunçular bu boşluğu hiss etdirməyəcəklər”.

Siyasət Əsgərov ötən il Avropa çempionatının seçmə mərhələsində B Liqasında mübarizə aparmağın komandaya böyük təcrübə qazandırdığını söyləyib:

“Hər oyun bizə böyük təcrübə qazandırır. Bundan əvvəl B Liqasında çıxış etməyimiz komandamızın inkişafına təkan verdi. Çox güclü rəqiblərlə qarşılaşmışdıq. Məsələn, İsveçrə uzun müddət idi A Liqasında çıxış edirdi, yenidən ora qayıtdı. Macarıstan isə A Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirdi. Yəni A Liqası səviyyəsində olan komandalarla qarşılaşmışdıq. Bu da bizə çox şey verdi”.

Fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Monteneqro oyunu saat 15:00-da başlayacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər