"Sumqayıt" Rusiya klubuna uduzub » Pressing.Az
"Sumqayıt" Rusiya klubuna uduzub
Azərbaycan Futbolu 17-01-2023, 18:00

"Sumqayıt" klubu bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxıb.

Pressing.az
xəbər verir ki, komanda Rusiya Premyer Liqası təmsilçisi "Krılya Sovetov"la qarşılaşıb. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Antalyada Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib. "Sumqayıt" sabah vətənə qayıdacaq.