"Şamaxı" "Turan Tovuz"un futbolçusunu icarəyə götürüb » Pressing.Az
"Şamaxı" "Turan Tovuz"un futbolçusunu icarəyə götürüb
Azərbaycan Futbolu 19-01-2024, 14:09

Azərbaycan 1-ci Liqasında mübarizə aparan “Şamaxı” heyətini yeni oyunçu ilə gücləndirib.

Pressing.az
xəbər verir ki, bölgə təmsilçisi “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırovu icarəyə götürüb. O, cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.

Xatırladaq ki, "Şamaxı" daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.