Rəşad Sadıqovun yeni köməkçisi açıqlandı  
                
            Azərbaycan Futbolu
            12-12-2022, 10:41
        

"Zirə" klubunda yeni təyinat olub.
Pressing.az xəbər verir ki, məşqçi Vüqar Məmmədlə müqavilə imzalanıb.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Mütəxəssis baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri olacaq. Onun sözləşməsi 1,5 illikdir.
Qeyd edək ki, Vüqar Məmməd 2019/2020 mövsümündə də "Zirə"nin əsas komandasında məşqçi kimi çalışıb.

