Xəbər lentiwidget-title-icon

Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb

"Hamı tək mənim köməkçilərimi görür, bu gün Qurban Qurbanov da qırmızı vərəqə aldı"

"Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" çempionatımızın liderlərindəndir. Planımız irəlidə oyunamaq idi. Təəssüf ki, ilk dəqiqəqlərdə fərdi səhvlərdən qapımızda qollar gördük. Bu gün məğlub olmaya bilərdik. Məzmunlu oyun göstərdik. Mənimm istədiyim komanda budur. Bu tempi saxlaya bilsək, daha samballı "Qəbələ" görə biləcəyik".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qarabağ"la(1:2) matçından sonra mətbuat konfansında danışıb.

- Gilad Abramovun sol cinahda oynaması səhv seçim deyildi?

- Yox. Bizim qollar Abramovun orada olmağına görə deyildi. İlk qolda Lukas Afriko topu itirdi. Məşqlərdə daha yaxşı olduğu üçün ona şans verdik. Zurab Oçiqava uzun müddətdir ki, oynamır. Onu da optimal formaya gətirmək lazımdır. Qarşıdakı oyunlarda daha çox şans verəcəyik.

- Kevin Medinanın qırmızı aldığı epizodu necə şərh edərdiniz?

- Meydanda bir-birinə layiq iki komanda var idi. Bu gün rəqibdən səviyyəcə aşağı oynamadıq. İnsidentdir. Oyunda olan elementdir. Çox şişirtmək lazım deyil. Futbola rəng qatan epizoddur.

- İki oyundur ki, köməkçiləriniz qırmızı vərəqə görür. Bunun səbəbi nəir?

- Hamı tək mənim köməkçilərimi görür. Onlar da oyunun içindədir. Biu gün Qurban Qurbanov da qırmızı vərəqə aldı. O da emosiyalarını cilovlaya bilmədi. Belə şeylər futbolda olur.

- Köməkçilərinizlə intizamla bağlı söhbət edirsiz? Hakimlərin "Qəbələ"yə qərəzi var?

- Heç kimin qərəzini hiss etmirik. Məşqçilərlə həmişə əlaqədə oluruq. Biz o məşqçilərdən deyilik ki, oturub oyuna sakit baxaq.

- Zurab Oçiqavanın oyunundan razı qaldız?

- Hələ əsl Oçiqava deyil. Getdikcə daha yaxşı səviyyəyə gələcək. Mən onun hazır olmağını istəyirəm. Universal oyunçudur. Müdafiənin mərkəzində və solunda oynaya bilir.

Oxşar xəbərlər


Bütün xəbərlər