Xəbər lentiwidget-title-icon

"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR

"Sabah"ın avrokubok matçı var idi, onlara kömək etmək istədik" - Samir Abasov

"Futbolçular çox əziyyyət çəkdilər. Hesab fərqli də ola bilərdi. İkinci hissədə qollar buraxmaq təhlükəsi var idi. Anlayırdıq ki, gərgin oyun olacaq. Qəbələdə oynamaq çətindir. Tez qol vurmağın bəzən pis tərəfi olur, rəqibi ayıldırsan. Gözləyirdim ki, bunun fəsadları ola bilər. Bizim üçün çox çətin oldu. Keçən il əziyyətlər çəkmişik. Bu il isə pis başlamamışıq. Biz zaman lazımdır. Oyunçular tam adaptasiya olmayıb".

Pressing.az
xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turunun "Qəbələ" ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, komandasının 2:1 hesablı qələbəsini şərh edib.

- "Sabah"la oyunun təxirə salınması planlarınıza necə təsir etdi?

- Ritmdən çıxdıq. Buna görə yoldaşlıq oyunu keçirdik. Bilmirəm xeyrimizə oldu, yoxsa yox. "Sabah"ın avrokubok matçı var idi. Onlara kömək etmək istədik.

- Kamran Əliyev meydandan çıxanda aranızda mübahisə yaşandı. Həmin an nə baş vermişdi?

- Yadımdan çıxıb.

- Müdafiədə boşluqlar verməyiniz nə ilə bağlı idi?

- Əksinə, bu gün müdafiəni ön plana çıxarardım. Bütün yükü arxadakı dörd nəfərin üzərinə atmaq düzgün deyil. Yarımmüdafiədə boşluqlar verirdik. Bu gün ön xətti düzəltməliyik.

- Yeni transfer gözlənilir?

- Üç transfer gözlənilir. Biri müdafiəçi, ikisi vinger olacaq.

Oxşar xəbərlər


Bütün xəbərlər