Xəbər lentiwidget-title-icon

"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar

"Oyunu "Səbail"ə hədiyyə etdik" - Samir Abasov

"Soruşsanız ki, bu gün üzüldüyün məqam nədir? Uduzmaq? Xeyr. Həmişəki kimi bir həftə rahat oluruq, o biri həftə stress altına giririk. Ən çox azarkeşlərimizə görə üzüldüm. Son pillələrdə qərarlaşan komandalar oynasa da, ev sahibini dəstəkləməyə bu qədər azarkeş gəlmişdi. Sona qədər də bizimləydilər. Sağolsunlar. Bundan sonra nə desələr də, haqlıdırlar. İstirahət günüdür, gəlirlər bizə dəstək olmağa, nə oyun var, nə nəticə...Təbii ki, belə olmaz. Üç oyun qalıb. Çox çətin rəqiblərdir. İlk beşlikdəki komandalardır. Rəqiblərin də, necə nəticə göstərməsi önəmlidir. Görək də, necə olacaq".

Pressing.az
xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 33-cü turunun "Səbail"lə (1:3) keçirilən görüşündən sonrakı mətbuat konfransında bildirib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Bu cür oyunla Premyer Liqada qalmaq mümkündür?

- Ətrafımızda olan komandalar bizə baxanda dəhşət oynayır? Yox. Aşağı-yuxarı eynidir. Bir həftə biz yaxşı oynaya bilərik, o biri həftə digər komandalar. Ona görə də, haqlı olaraq bu yerdəyik. Futbolçular olaraq, biz oyunu başa düşmədik ki, bu cür oyunlarda nə etmək lazımdır. Tələsməmək, təlaşa düşməmək lazımdır. Fasilədə futbolçulara bildirdim ki, tələsməmək top birinin ayağındadırsa, ona durub baxmalı olmağımız deyil. Buna görə də, bir şey etmək lazımdır. Oyunun içində bunu anlaya bilmədik. İkinci hissəyə başlayanda, oyun o qədər rahat gedirdi ki, rəqibin də təzyiqi yox idi. Özümüz qolu hədiyyə verdik. Həm də, ümumi oyunu "Səbail"ə hədiyyə verdik. Görək də, o biri oyunlar necə olacaq.

- Buraxılan qollar stress və həyəcandan irəli gəlirdi?

- Bilmədiyimiz səbəb yoxdur. İkinci hissə qollar vurmalıydıq, amma qapımızda qollar gördük. Bir çox məşqdə etdiklərimizi meydanda görməməyimiz bizi üzür. Ən üzücü məqamlardan biri odur ki, məşqlərdəki həmin futbolçuları artıq meydanda görmürük. Məşqlərdə tamam başqadılar, oyuna çatanda fərqli. Oyunun gedişində kənardan qışqırırsan ki, sən bu mövqenin oyunçususan, gəl bura, top al, ötürmə ver. Yəni, bu problemləri yaşayırıq. Ona görə də, bu gündəyik, belə yerdəyik. Qeyri-stabil oyunlarımız var, birini uduruq, o birini uduzuruq. İndi fikirləşməliyik ki, qalib gəldiyimiz oyunlarda biz yaxşı oynamışıq, yoxsa rəqib günündə olmayıb. Belə suallar var.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR