Xəbər lentiwidget-title-icon

"Yolumuza davam edəcəyik" - Qurban Qurbanov
"Neftçi" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Qələbəyə sevinirik"
AFFA nümayəndələri UEFA-nın illik konfransında
BOS almanların iddiasının əsassız olduğunu açıqladı - FOTOLAR
"Qarabağ" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Emin Mahmudovdan vida sözləri: "Milli formanı geyindiyim ilk günü..."
“Gəncəbasar”da yeni prezident
"Ayın qolu"nun müəllifi mükafatlandırılıb
Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb
“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırıldı
Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti - SİYAHI
AMF Azərbaycan millisinin baş məşqçisini təbrik edib
AFFA 8 komandaya texniki məğlubiyyət verib
MPL: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Bu futbolçu "Sabah"dan ayrıldı - SON DƏQİQƏ!
Azərbaycan gimnastları Dünya çempionatında mübarizəni davam etdirirlər
"Qəbələ" eksklüziv forma dəstini təqdim edib
“DH Volley” CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib
Azərbaycan cüdoçuları üçün Xorvatiya sınağı
Avropa Liqasında gecənin nəticələri
"Brayton"dan qələbə, "Trabzonspor"dan məğlubiyyət
"Trabzonspor" Almaniya klubuna belə uduzdu - VİDEO
UÇL-də həftənin rəmzi komandası açıqlanıb

UEFA proqramı çərçivəsində keçirilən turnirin qalibi məlum olub

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.

Pressing.az xəbər verir ki, BDU-nun müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən turnir universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutub.

Üçüncü yer uğrunda görüşdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək bürünc mükafatçı olub. Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını 1:0 hesabı ilə üstələyərək turnirin qalibi adına yiyələnib.

Yekunda çempion komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallar və diplomlarla mükafatlandırılıblar. Bununla yanaşı, yarış çərçivəsində fərdi göstəriciləri ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatlar veriblər.

AFFA və BDU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

Oxşar xəbərlər

Bütün xəbərlər