Xəbər lentiwidget-title-icon

İtaliyada 1 qızıl, 1 bürünc medal
Portuqaliyadan Türkiyəyə - RƏSMİ
"Sabah" Avstriyaya yollanır
Azər Bağırov: "Azərbaycan Premyer Liqasında yeganə məşqçiyəm ki..." - VİDEO
Prezident minifutbol millimizi təbrik etdi
“Karvan-Yevlax” daha bir legioneri göndərib - RƏSMİ
"Ural"da da alınmadı
Azərbaycan millisi Maltaya qarşı
Azərbaycan yığması Macarıstanla üz-üzə
Nihat Kərimovun rəqibi məlum olub
Parataekvondoçulardan Roma qran-prisində 2 medal
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi
Qrossoya "qapı göstərildi"
"Liverpul"un yeni baş məşqçisi o oldu - RƏSMİ
Azərbaycan millisi ikiqat Avropa çempionu oldu!
"İnanıram ki, "Qarabağ" Elvinin gələcəyini fikirləşəcək" - Ayxan Abbasov
Siyasət Əsgərov: "Komandada psixoloji problem yoxdur" - AÇIQLAMA
"Karvan-Yevlax" onunla yollarını ayırıb
"Qəbələ"dən ayrılan futbolçu "Şəfa"da – ÖZƏL
Murad Musayev "Qəbələ"dən getdi - RƏSMİ
Bundesliqa nəhəngində yeni baş məşqçi
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv qəbul edilib
"Üzgüçülük hamı üçün" beynəlxalq layihəsinin açılış mərasimi keçirildi
Parataekvondoçularımız üçün Roma sınağı
4 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA

Ayxan Abbasov: "Amma bu oyun bizə siqnallar verdi"

Azərbaycan millisi “FİFA Series – 2026” beynəlxalq turnirinin final matçında Syerra Leoneni yığmasını məğlub edərək turnirinin qalib olub.

Pressing.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərə təşəkkür edirəm. Bu gün Sumqayıtda gözəl atmosfer var idi. Bilirdik ki, fərqli oyun olacaq. Bunu da gördük. Rəqib bizdən daha gümrah idi. İlk hissədə səhvlərimiz oldu. Hücumda aqressiv ola bilmədik. Rəqib bizi əks-hücumda yaxaladı. Yaxşı müdafiə olunurdular. İkinci hissəyə dəyişikliklərlə başladıq, tempi yüksək tutmağımız yaxşı oldu, qol vurduq. Çoxdandır ki, azarkeşlər penalti zərbələri görmürdü. Onlar üçün də maraqlı oldu. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Ancaq bu oyun bizim üçün siqnallar verdi. İnkişaf etdirməli olduğumuz nüanslar var. Gələcək oyunlara baxacağıq. Çalışacağıq ki, Millətlər Liqasına hazır olaq".

- Bu gün ilk dəfə Afrika təmsilçisi ilə qarşılaşdıq, ilk dəfə penaltilər seriyası oldu. Karyeranızda penaltilər seriyası deyəsən olmayıb. İlk penalti təcrübəsi haqda fikriniz necədir?

- "Sumqayıt"da işləyəndə olub, "Qarabağ"ı keçmişdik. Millidə bir az fərqli idi. Futbolçular bunun üzərində çalışmamışdı. Amma məşqdən sonra özlərini yoxlayırdılar. Soyuqqanlı olduqlarını göstərdilər. Bu da təcrübədir. Gələcəkdə milliyə xeyri olacaq.

- “FIFA Series-2026” turniri sizin üçün nə qazandırdı?

- Rəqibimiz olan Lixtenşteynin də qrupunu izləyirdik. Tanzaniya ilə oyunlarına baxmışıq. Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik.

- Sizin üçün optimal heyət formalaşdı?

- Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradıllar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. İki komandanı da təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq.

- Rusiyanın "Torpedo" klubunda oynayan Sadıq Bagievi milliyə dəvət etmək planınız var? Rusiya və Ukraynada oynayan həmyerlilərimizə pasport verilməsi çətinlik olmayacaq ki?

- Bəyəndiyimiz oyunçular olsa, belə problemin baş verəcəyinə inanmıram. Təbii ki, izlədiklərimiz var. U-21 yığmamıza namizədlər var. İzləyirik. Sadığa gəldikdə, rəsmi oyuna çağırmışdıq. U-21-in Portuqaliya ilə matçına dəvət etmişdik. Gəlsəydi, Rusiyada legioner sayılacaqdı. Belə deyək, qəbul etmədi. Yəni belə çıxdı. Rusiyada oynayan futbolçuları çağırırıq. Legioner statusu alırlar deyə, hardasa ehtiyat edirlər. Kim can atır, bura layiqdirsə, bizimkilərdən üstündürsə, niyə də olmasın? (sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

İtaliyada 1 qızıl, 1 bürünc medal
Portuqaliyadan Türkiyəyə - RƏSMİ
"Sabah" Avstriyaya yollanır
Azər Bağırov: "Azərbaycan Premyer Liqasında yeganə məşqçiyəm ki..." - VİDEO
Prezident minifutbol millimizi təbrik etdi
“Karvan-Yevlax” daha bir legioneri göndərib - RƏSMİ
"Ural"da da alınmadı
Azərbaycan millisi Maltaya qarşı
Azərbaycan yığması Macarıstanla üz-üzə
Nihat Kərimovun rəqibi məlum olub
Parataekvondoçulardan Roma qran-prisində 2 medal
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi
Qrossoya "qapı göstərildi"
"Liverpul"un yeni baş məşqçisi o oldu - RƏSMİ
Azərbaycan millisi ikiqat Avropa çempionu oldu!
"İnanıram ki, "Qarabağ" Elvinin gələcəyini fikirləşəcək" - Ayxan Abbasov
Siyasət Əsgərov: "Komandada psixoloji problem yoxdur" - AÇIQLAMA
"Karvan-Yevlax" onunla yollarını ayırıb
"Qəbələ"dən ayrılan futbolçu "Şəfa"da – ÖZƏL
Murad Musayev "Qəbələ"dən getdi - RƏSMİ