Xəbər lentiwidget-title-icon

Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb
"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...

"Sakit olmağa vaxt yoxdur" - Qurban Qurbanov

"Qarabağ" klubu Bizon Azərbaycan kubokubun 1/4 final mərhələsinin cavab görüşündə "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Pressing.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Vacib nəticədir. Oyun əlavə vaxta gedə bilərdi. İkinci hissədə oyunu tam ələ almışdıq. Bəzən səhvlərimiz olurdu. Qələbə çox vacib idi. Futbolçular düzgün oynamağa çalışdılar. Bir az yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Ayxan Abbasova uğurlar arzulayıram.

- Kadi Borgesi "8 nömrə" mövqeyində oynatdıq. Bu, gələcək üçün mesajdır?

- Kadi də o qabiliyyət var. Bu gün onu həmin mövqedə oynatmaq lazım idi. Pedro Bikalyo "Nyukasl" və "Sabah"la oyunlarda xeyli güc sərf etmişdi. Ona görə ehtiyat etdik. İstərdik ki, Kadi daha çox ön xətdə oynasın. Bəzən oyun quruculuğunda onun kimi oyunçunun bugünkü mövqedə olması lazımdır. Gələcəkdə belə rotasiyalar olacaq. Montiel də oorada oynaya bilər və ya yerlərini dəyişə bilərik. Futbolçuların bir neçə mövqedə oynamaq qabiliyyətinin olması sevindirici haldır.

- Yarımfinalda rəqibiniz "Sabah" ola bilər. Bu oyunlardan gözləntiniz nədir?

- Yarımfinalda kimlə oynayacağımızın fərqi yoxdur. "Sabah"la oyunlar azarkeşləri daha çox stadionlara cəlb edir.

- "Sabah"ın prezidenti Maqsud Adıgözəlov müsahibəsində bildirib ki, Qurban Qurbanov ötən mövsüm kubokun finalındakı qələbəmizə kölgə salıb. Buna cavab verəcəksiz?

- Keçmişə qayıtmaq istəmirəm. Bu suala cavab verməyəcəm. Oyunun gedişatında olan şeylər orada da qalır. Keçmişə qayıtmağı xoşlamıram.

- Aprel ayında "Sabah"la 3 dəfə qarşılaşa bilərsiz. Bundan əlavə "Neftçi" ilə oyun da var. Həmin ərəfədə milli komandaların oyunları ilə bağlı fasilə də olacaq. "Qarabağ" belə qrafikə hazırdır? Bunun öhdəsindən gələ biləcəksiz?

- Gəlməyinə gələcəyik. Bütün oyunları oynamalıyıq. Yorğunluq, hansısa psixoloji gərginlik ola bilər. Bu, futbolçunun həyatıdır, məşqçilərin işidir. İstənilən oyuna futbolçuları kökləməliyik. Əlbəttə ki, bəzən bu, alınmır. Hər oyuna maksimum nəticə üçün çıxacağıq.

- Sanki son vaxtlar "Qarabağ"ın üzərində təzyiq çoxdur. Bu fikirlə nə dərəcədə razısınız?

- Psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oyunlar keçirmək asan deyil. Hazırda elə bir vəziyyətdəyik ki, sakit olmağa vaxt yoxdur. Hər matç ötdükcə tələblər də artır. Bizim məqsədlərimiz daim yüksəkdədir. Bu futbol həyatının normal gedişatıdır. Bəzi futbolçular bu gərginliyin ortasında gücdən düşmüş kimi görsənir. Biz bunu maksimum dərəcədə aradan qaldırmağa çalışırıq.

- Qış fasiləsindədə də bəzi futbolçularınıza təkliflər də var idi. Yeni mövsümdə yenilənmış "Qarabağ" görə bilərikmi, yoxsa...?

- Hər şey gözlənilir. Ola bilər dəyişiklik az olsun, amma bizdən asılı olmadan səbəblərdən də çox ola bilər. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək. (Sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb
"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə