Xəbər lentiwidget-title-icon

Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı

"Görünən odur ki, hakimlər bizə bir az fərqli yanaşırlar" - Elmar Baxşıyev

"Araz-Maxçıvan" Misli Premyer Liqasının 9-cu turunda "Sabah"la 2:2 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərrin suallarını cavablandırıb:

- Mübarizəli, dinamik oyuna şahidlik etdik. Hər iki komanda oyuna rəng qatırdı. Komandam ilk gündən öz əzmkarlığı və oyun dəst-xətti ilə istədiklərimi yerinə yetirməyə çalışır, 1 xal qazandıq. Rəqibimiz iddialı komandadır. Ona görə də bugünkü 1 xala sevinmək lazımdır.

- Məşqçilər korpusu və ehtiyat oyunçular bərabərlik qoluna çox çılğın şəkildə sevindilər. Bunun səbəbi nə idi?

- Son dəqiqələrdə qol vuran hər komanda belə sevinir. Kimsə sakit qalırsa, öz komandasına qarşı səmimi deyil. Futbolun içində olan emosiyadır.

- Ev oyununuzu "Sabah"ın meydanında keçirmək sizin üçün nə dərəcədə xoşdur?

- Əlbəttə ki, ev yiyəsi kimi rəqibin meydanında oynamağı heç bir məşqçi arzulamaz. İndiki durumda "Bank Respublika Arena" bizim üçün səfər deyil. Çünki biz Bakıda məskunlaşmışıq. Bakıdakı oyunlarda ev və ya səfər o qədər də əhəmiyyət daşımır. Bizim çempionatda o aura yoxdur ki, səfəri hiss edəsən.

- Oyun ərzində sizi daha çox nə narazı salırdı? Futbolçuların səhvləri, yoxsa hakimlərin qərarları?

- Mən də istərdim ki, bu cür templi oyunda hansısa epizoda 2-3 dəqiqə baxılmasın. Qərarı dərhal vermək daha məqsədəuyğundur. Futbolçular tempi yüksəltmək üçün ortaya iş qoyurlar. Epizoda 5 dəqiqə baxılanda nəbz düşür. Hakimin üzərinə getmək istəməzdim. Çalışırıq ki, onların ədalətinə inanaq. Amma görünən odur ki, hakimlər bizə bir az fərqli yanaşırlar. Bizə təzyiq edən rəqib yox, başqa amillərdir. Komanda olaraq daha güclü olmalıyıq ki, qarşımızda heç bir maneə olmasın.

- Rəqib baş məşqçi bildirdi ki, hakim əlimizdən 3 xalı aldı. Valdas Dambrauskas son dəqiqələrdə verilən foulun yanmış olduğunu dedi. Siz necə düşünürsünüz?

- Həmkarımın fikrinə yox, ümumi cavab vermək istəyirəm. Biz də danışa bilərik. Ötən tur "Neftçi" ilə matçda rəqibin vurduğu qolda ofsayd olduğunu nə siz gördüz, nə mən gördüm, nə də futbol ictimaiyyəti. Oyundan sonra heç nə danışmadıq. Ancaq hakimlərə yüklənsək, düzgün olmaz. Mən də Dambrauskasa cavab olaraq deyim ki, "Sabah"ın qazandığı penalti absurd idi. Bundan başqa matçın sonlarında Stiv Solvet ikinci sarı vərəqəni alıb meydandan qovulmalı idi. Hakimlik barədə az danışsaq, bütün komandalar üçün faydalı olar.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar