"Kəpəz" kapitanlarını açıqlayıb » Pressing.Az
"Kəpəz" kapitanlarını açıqlayıb
Azərbaycan Futbolu 17-08-2025, 15:53

"Kəpəz" klubu yeni mövsüm üçün komandanın kapitanlarını təqdim edib.

Pressing.az xəbər verir ki, əsas kapitan Əli Səmədov olacaq.

Ötən ildən "Kəpəz"də çıxış edən Mahamadu Ba və Luis Paçu isə vitse-kapitanlar kimi sarğını daşıyacaqlar.

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında yeni mövsümün ilk oyununa bu gün çıxacaq. "Sumqayıt"la səfər matçı 20:30-da başlayacaq.