Braziliya klubundan "Sumqayıt"a - RƏSMİ
Azərbaycan Futbolu / Transferlər
12-08-2025, 09:26

"Sumqayıt" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Pressing.az xəbər verir ki, Braziliyanın "Paysandu" klubundan Keffel Resende transfer edilib.
25 yaşlı cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Keffel 2024-cü ilin yayından "Paysandu"da çıxış edir. Braziliyalı futbolçu daha əvvəl Portuqaliyada "Trofense", "Torrense" və "Portimonense"də oynayıb.
