Kamal Umudluya UEFA-dan yeni təyinat » Pressing.Az
Kamal Umudluya UEFA-dan yeni təyinat
Azərbaycan Futbolu / Dünya Futbolu 16-05-2025, 17:17

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Pressing.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.