“Quba” “Şəki”yə uduzdu » Pressing.Az
“Quba” “Şəki”yə uduzdu
Digər növlər Dünən, 10:30

Azərbaycan Basketbol Liqasının 17-ci turunda daha bir oyun keçirilib.

Pressing.az xəbər verir ki, B qrupunda “Quba” “Şəki” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş “Şəki”nin qələbəsi ilə yekunlaşıb – 66:63.

Bu gün 17-ci turda daha bir matç keçiriləcək. A qrupunda “Abşeron” evdə “Sərhədçi”ni sınağa çəkəcək.