"Neftçi"dən "Sumqayıt"a » Pressing.Az
"Neftçi"dən "Sumqayıt"a
Digər növlər 27-01-2024, 08:30

"Sumqayıt" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Pressing.az
xəbər verir ki, "Neftçi"nin basketbolçusu Kamran İmanov "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb.

2 metr boya malik olan və hücumçu mövqeyində çıxış edən İmanov bu mövsüm "Neftçi"nin heyətində iki oyunda meydana çıxıb.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Basketbol Liqasında 12 turdan sonra 8-ci pillədədir.