Xəbər lentiwidget-title-icon

Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!
"Qalatasaray"da ciddi itki

Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix bəlli oldu

Dekabr 15-də voleybol üzrə Azərbaycan çempionatının 2022-2023 mövsümünə start veriləcək.

Pressing.az
xəbər verir ki, mövsüm kişi voleybolçular arasında Yüksək Liqanın debütant klubu “Xarı bülbül” və MOİK komandalarının oyunu ilə başlayacaq.

Görüş saat 14:00-da olacaq. Ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılış mərasimi təşkil olunacaq.

Ötən illərdən fərqli olaraq, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi”, “Murov” və mədəniyyət paytaxtı Şuşanı təmsil edəcək “Xarı bülbül” qüvvəsini sınayacaq.

Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Çempionatların açılış mərasimi və oyunlar “Voleybol Mərkəzi”də keçiriləcək.

Dekabrda, həmçinin qadın və kişi voleybolçular arasında I liqa yarışlarına start veriləcək.

Qeyd edək ki, həmin gün kişi voleybolçulardan ibarət “Murov” klubunun avrokubok matçı da baş tutacaq. Saat 18:00-da başlanacaq bu qarşılaşmada rəqib Niderlandın “Orion” kollektivi olacaq. Cütün Niderlandda keçirilmiş ilk oyununda təmsilçimiz məğlub olub.

15 dekabr


Azərbaycan çempionatı Yüksək liqa (kişilər)

14:00. “Xarı bülbül” - MOİK (I tur)

16:00. Azərbaycan çempionatının rəsmi açılış mərasimi

Çağırış Kubokunun 1/8 final mərhələsi

18:00. “Murov” - “Orion”

Oxşar xəbərlər


Bütün xəbərlər