"Azərreyl" Ukrayna klubuna qarşı
Digər növlər
17-10-2023, 10:30
![](/uploads/posts/2023-10/1697535693_4317ea00-117a-45ec-bef4-51df692ad080.jpg)
Ölkəmizi Çelenc kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün ilk görüşünə çıxacaq.
Pressing.az xəbər verir ki, komandamız 1/32 finalda Ukraynanın "Balta" klubu ilə qarşılaşacaq. Görüş saat 20:00-da GİN-nin Voleybol Mərkəzində baş tutacaq.
Çelenc kuboku 1/32 final mərhələsi
17 oktyabr
20:00. "Azərreyl" - "Balta"
Ünvan: GİN-nin Voleybol Mərkəzi (Dərnəgül)
Giriş sərbəstdir.
Canlı - CBC Sport TV
![](/templates/Red/images/u728.png )