Xəbər lentiwidget-title-icon

Ərdoğan “Beşiktaş” prezidentinə zəng edib
İngiltərə klubunda ciddi itki
KL: "Trabzonspor" və "Frayburq"dan qələbə
Avropa Liqasında gecənin nəticələri
Gəncədə qolsuz bərabərlik
"Sabah"a qollar vuran futbolçu həftənin qalibi oldu
“Şahdağ Qusar" I dövrənin qalibidir
Derbi ona tapşırıldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlanıb
“Sabah” “Litva diplomatiyasının ulduzu” mükafatını alan baş məşqçisini təbrik edib
Azərbaycan millisindən Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start
AFFA onu cəzalandırdı
Azərbaycanda yeni cüdo zalı açılıb
Bakıdakı oyun Flik üçün əlamətdar oldu
26 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Nazir Dambrauskası mükafatlandırıb
"Neftçi"də amerikalı oyunçu - RƏSMİ
Konfrans Liqasında 18 oyun keçiriləcək
"Barselona"nın futbolçusu Bakıda zədələnib
Azərbaycan millisinin üzvündən "Sampdoriya"da dubl
Avropa Liqasında 18 oyun
"Sabah" - "Barselona" oyununda vurulan qollar - Videoicmal
Frişman CEV Çempionlar Liqasının oyununa təyinat aldı
Afrikada ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlanıb
ÇL: "Turan” qrupdakı ilk oyunda məğlub oldu

"Rəhbərlik qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyub"

Bu gün DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Qazaxıstan oyunundan sonra millimizin baş məşqçisi Vitali Borisov oyunsonrası mətbuat konfransında açıqlama verib.

Pressing.az
41 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

“Çətin oyun oldu. Rəqib yaxşı hazırlaşmışdı. 10 gün əvvəldən toplanışa yığışmışdılar. Uşaqlar mübarizə apardılar, məncə yaxşı oynadılar. Fikrimcə, hakim 3-cü qolda səhvə yol verdi. Oyunçumuz topu fitsiz başladığına görə referi yenidən fit verdi. Belədə topa yenidən toxunuş olmalı idi. Amma bizim dayanmağımıza baxmayaraq, rəqib futzalçı topu götürüb qapımıza qol vurdu. Halbuki bundan əvvəl belə bir epizod olmuşdu, hakim yenidən başlatdı oyunu. Rəqibin qapıçısı da onlar üçün əlavə üstünlük qazandırır. Düzdür, qolu onun səhvindən vurduq. Amma İqitanın zərbələri çox futzalçıdan qüvvətli və dəqiq olur. Qazaxıstan millisinin 6 üzvü bir klubda, 11 oyunçusu isə eyni çempionatda oynayır.

Hazırlığa oktyabrın 2-də başlasaq da, tam heyətlə cəmi 2 gün məşq etdik. Oyunçular klublarından gec gəldilər. İlk məşqdə cəmi 6 oyunçumuz var idi. Yalnız son məşqdə tam heyətlə hazırlaşdıq.

Cavab oyununda hazırlaşacağıq. Hər şey ola bilər. Felipinyo ikinci sarı vərəqə aldığına görə, cəzalı vəziyyətə düşdü. Sağ ayaqla oynayan 2 oyunçudan birini itirdik. Orada çətin olacaq. Çünki zal tam dolacaq və komandalarını qələbəyə səsləyəcəklər. Biz də uduzmaq üçün çıxmayacağıq.

Rəhbərlik qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyub”.

Oxşar xəbərlər