Xəbər lentiwidget-title-icon

Azərbaycan parataekvondoçularından Türkiyədə 4 medal

Azərbaycanın dörd parataekvondoçusu Antalya şəhərində keçirilən Türkiyə Açıq Beynəlxalq Turnirində fəxri kürsüyə yüksəliblər.

Pressing.az xəbər verir ki, K44 kateqoriyasında çıxış edən təmsilçilərimiz uğura imza atıblar.

Səmayə Həsənova (47 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) yarışı bürünc medalla başa vurublar.

Oxşar xəbərlər