Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

Bu barədə Pressing.az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar. Onlar Bosniya və Herseqovinanın “İzvidaç” və Çexiyanın “Karvina” komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.

Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin “Lyubuşki” İdman Zalında baş tutacaq.

Oxşar xəbərlər