Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirilib

Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib.

Pressing.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Olimpiya mükafatçısı Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektor əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya mükafatçıları, yüksək nəticə göstərmiş məktəblilər və həmin məktəblərin direktorları iştirak ediblər.

Çıxış zamanı Çingiz Hüseynzadə məktəblilərin qazandıqları nailiyyətlərin Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını, idmanın gənclərin sağlam həyat tərzinin formalaşması və vətənpərvərlik ruhunun güclənməsində xüsusi rol oynadığını vurğulayıb.

Anar Qədiməliyev isə məktəblilərin idmana marağının artırılmasında məktəbdənkənar fəaliyyətlərin və müəllimlərin rolunu xüsusi qeyd edib.

Tədbirin sonunda 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər