Rafael Fiziyev də qələbə qazandı » Pressing.Az
Rafael Fiziyev də qələbə qazandı
Digər növlər / UFC 22-06-2025, 02:30

Azərbaycan idmançısı Rafael Fiziyev Bakıda təşkil olunan “UFC Fight Night” görüşünə çıxıb.

Pressing.az xəbər verir ki, o, Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gəlib.

Qarşılaşmada Rafael Fiziyev qələbə qazanıb.

Qeyd edək ki, bunadək Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbaiyə uduzub.