Azərbaycan yığması Lüksemburqa məğlub olub » Pressing.Az
Azərbaycan yığması Lüksemburqa məğlub olub
Digər növlər 14-06-2025, 10:02

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyunlarını keçirib.

Pressing.az xəbər verir ki, Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşan yığma rəqibinə 0:3 hesabı ilə uduzub.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib – 3:0.