PFL Azərbaycan Kubokunun qalibi oldu » Pressing.Az
PFL Azərbaycan Kubokunun qalibi oldu
Digər növlər 5-06-2025, 17:42

Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Pressing.az xəbər verir ki, bu gün finalda "Araz-Naxçıvan" və PFL komandaları üz-üzə gəliblər.

Rəqibinə 7:1 hesabı ilə qalib gələn PFL kubokun sahibi olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" başa çatan mövsümdə 52 xalla Yüksək Liqada çempion olub. PFL isə 1-ci liqanı 30 xalla ilk sırada bitirib.