Xəbər lentiwidget-title-icon

Messidən Romeroya
“Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik” - Yankauskas
Millidə intizam böhranı: Səfərovdan Abbasova hörmətsiz jest
“Daha yaxşı komanda görəcəyik” – Yeton Bekiri
Azərbaycan millisindən tarixi uğur
Millimizin Litva ilə heç-heçəsi - VİDEO
Niderlanddan qələbə, Almaniyadan şok məğlubiyyət - GECƏNİN NƏTİCƏLƏRİ
Qəbələdə qolsuz bərabərlik
Ayxan Abbasov: “Mahir Emrelinin qolu bizə ikiqat sevinc yaşatdı”
“İmişli” “Araz-Naxçıvan”ı məğlub edib
Azərbaycan millisi Litva ilə heç-heçə etdi - YENİLƏNİB
Litva - Azərbaycan matçı üçün HEYƏTLƏR
Litvada şəhidlərin xatirəsi yad olunub
Modriç rekordunu yeniləyib
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçildi
Azərbaycanda oynamış sabiq futbolçu Gürcüstan millisində
“Kəpəz”in ən uğurlu startı
"Neftçi" yoxlama oyunu keçirib
Azərbaycan yığmalarından bir qələbə, bir məğlubiyyət
Millətlər Liqası: Azərbaycan yığması Litvaya qarşı
"Real"ın ulduzunun son durumu
Millətlər Liqası: İngiltərə İspaniyaya, Çexiya Xorvatiyaya uduzdu
"Azərbaycan millisi daha güclü və texnikalıdır" - Yankauskas
Azərbaycanın idmançılar "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
"Liverpul"da yeni təyinat - RƏSMİ

AFFA rəsmisi PFL-in Əsasnaməsini pozdu

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün son turunda "Sumqayıt" evdə "Qəbələ"ni qəbul edirdi. Matçda bir məqam diqqətimi çəkdi. 90+5-ci dəqiqədə "Sumqayıt"ın texniki zonasının qarşısında komandalar arasında gərgin anlar yaşandı. Bu zaman "kimyaçılar"ın təhlükəsizlik xidmətinin rəhbəri Elnur İbişov texniki zonda peyda olaraq, "Qəbələ"nin futbolçusu Ürfan Abbasova əl-qol hərəkətləri ilə psixoloji təzyiq edirdi. Açığı, oyunun tam videoyazısını mövsüm bitəndən sonra izləmişdim.

Sırağagün Premyer Liqanın 6-cı turunda keçirilən "Şamaxı" - "Sumqayıt" matçından (1:0) sonra sumqayıtlı azarkeşlər 3 oyundur məğlub olan futbolçuları yanlarına çağıraraq öz iradlarını bildirərkən, yenə texniki zonda peyda olan təhlükəsizlik xidmətinin rəhbəri Elnur İbişov fanatlarla təzyiq, təhdid ritorikası ilə danışaraq etirazçı tribunanı susdurur.

İkinci dəfə idi ki, eyni şəxs tərəfindən neqativ hadisəyə şahidlik edirdim deyə, bu, məni düşündürdü.

Ümumiyyətlə, təhlükəsizlik əməkdaşının texniki zonada nə işi var? Görəsən, Peşəkar Futbol Liqasının Əsasnaməsi buna icazə verirmi?

Görək, PFL-in Əsasnaməsi nə deyir:

"Oyundan öncə, oyun zamanı, oyundan sonra stadion ərazisindəki təhlükəsizlik Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən təmin olunur. Bu səbəbdən oyundan öncə, oyun zamanı, oyundan sonra stadionların soyunub-geyinmə otaqlarında, dəhlizdə, hakimlər otağının ətrafında, texniki zonada klubun mühafizəçilərinin iştirakı qadağandır".

Maraqlıdır ki, Elnur bəy həm də AFFA-nın əməkdaşıdır. Təhlükəsizlik üzrə baş mütəxəssisdir. Onda belə çıxır ki, Elnur bəy vəzifəsindən sui-istifadə edir və AFFA nümayəndələri buna göz yumaraq, onun qadağanolunmuş zonalara buraxılmasına icazə verirlər.

Birinci məsələ odur ki, PFL özünə hörmət tələb edərək Əsasnamənin kobud şəkildə pozulmasına icazə verməməlidir.

İkinci məsələ isə odur ki, İbişov Avropada milli komandanın səfər oyunu zamanı qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldıraraq təxribat edən ermənilərin üstünə təkbaşına gedəcək qədər güclü, cəsarətli, mərd oğlandır. Sabah emosional olar, əlindən xəta çıxar. Bu da nə "Sumqayıt", nə də AFFA-nın yox, ən çox öz nüfuzuna böyük zərbə olar.


Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

Messidən Romeroya
“Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik” - Yankauskas
Millidə intizam böhranı: Səfərovdan Abbasova hörmətsiz jest
“Daha yaxşı komanda görəcəyik” – Yeton Bekiri
Azərbaycan millisindən tarixi uğur
Millimizin Litva ilə heç-heçəsi - VİDEO
Niderlanddan qələbə, Almaniyadan şok məğlubiyyət - GECƏNİN NƏTİCƏLƏRİ
Qəbələdə qolsuz bərabərlik
Ayxan Abbasov: “Mahir Emrelinin qolu bizə ikiqat sevinc yaşatdı”
“İmişli” “Araz-Naxçıvan”ı məğlub edib
Azərbaycan millisi Litva ilə heç-heçə etdi - YENİLƏNİB
Litva - Azərbaycan matçı üçün HEYƏTLƏR
Litvada şəhidlərin xatirəsi yad olunub
Modriç rekordunu yeniləyib
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçildi
Azərbaycanda oynamış sabiq futbolçu Gürcüstan millisində
“Kəpəz”in ən uğurlu startı
"Neftçi" yoxlama oyunu keçirib
Azərbaycan yığmalarından bir qələbə, bir məğlubiyyət
Millətlər Liqası: Azərbaycan yığması Litvaya qarşı