"Çelsi"yə Ceyms şoku » Pressing.Az
"Çelsi"yə Ceyms şoku
Dünya Futbolu 22-12-2023, 12:36

"Çelsi" klubunun kapitanı Ris Ceyms uzun müddət meydana çıxmayacaq.

Pressing.az
xəbər verir ki, ingiltərəli müdafiəçi Finlandiyada əməliyyat olunub.

24 yaşlı futbolçu 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ris Ceyms İngiltərə Premyer Liqasının 16-cı turunda "Everton"la oyunda bud nahiyəsindən zədə almışdı.