Messi karyerasının ən erkən qolunu vurub » Pressing.Az
Messi karyerasının ən erkən qolunu vurub
Dünya Futbolu 15-06-2023, 18:34

Argentina yığmasının kapitanı Lionel Messi karyerasının ən erkən qolunu vurub.

Pressing.az
xəbər verir ki, o, Avstraliya ilə yoldaşlıq matçının 80-ci saniyəsində hesabı açıb. Bu, Messinin karyerasında vurduğu ən erkən qol olub. O, yığmada 103-cü dəfə fərqlənib.

Qeyd edək ki, bir qədər əvvəl başa çatan oyun Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda 2-ci qolu 68-ci dəqiqədə German Pezella vurub.