İtaliya klubunda ayrılıq
Dünya Futbolu
11-06-2025, 10:06

İtaliyanın "Leççe" klubu baş məşqçisi Marko Giampaolo ilə yollarını ayırıb.
Pressing.az xəbər verir ki, 57 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, "Leççe" mövsümü 34 xalla 17-ci pillədə tamamlayıb. Komanda Marko Giampaolonun rəhbərliyi altında 26 oyunda 6 qələbə və 13 məğlubiyyətlə yadda qalıb.
