Xəbər lentiwidget-title-icon

“Qızıl top”un Azərbaycan təmsilçisi: "Keynin seçilməsində ədalətsizlik görmürəm"
Azərbaycan Kubokunda 5 komanda 1/8 finala yüksəldi - NƏTİCƏLƏR
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atıldı
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır
27 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığması UEFA İnkişaf Turnirini qələbə ilə bitirib
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcəklər
"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır
Azərbaycan millisinin rəqibi müəyyənləşib
Bakıda ne-vaza üzrə ACF Kuboku başa çatıb
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iştirak edəcək
Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə bitirib
“Futzalçılarımız üçün tarixi şansdır” - Fərid Ələkbərov
Murad Məmmədov oynadı, komandası xal itirdi
"Qızıl top" Harri Keynin oldu
"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda

"Qarabağ"ın məşqçisindən etiraf: Hakimi təhqir edib

Hakim "Sabah"la oyunu birtərəfli idarə edib.

Pressing.az xəbər verir ki, bunu AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov deyib.

Mütəxəssis U-17 Liqasında keçirilən "Sabah"la matçın 57-ci dəqiqəsində hakimləri və AFFA-nı təhqir etməsi məsələsinə aydınlıq gətirib:

"Rəqibin futbolçusuna bir neçə epizodda qırmızı vərəqə göstərmədi və ciddi qayda pozuntusu olduğu halda "Sabah"ın qapısına penalti vermədi. Bir müddət sonra dözə bilməyərək dedim ki, "korsan?!" İnanın, meydanda çox biabırçı vəziyyət yaranmışdı. İdarəçilik çox aşağı səviyyədə idi".

O, uduzduqları (1:2) qarşılaşma zamanı AFFA barədə heç bir söz demədiyini vurğulayıb:

"Mənim etirazım və narazılığım hakimlə bağlı olub, sözümü də demişəm. Orada AFFA-nın adı çəkilməyib. Yəqin hakimlər öz adlarını təmizə çıxartmaq üçün AFFA-nın adından istifadə ediblər".

R.Sadiqov bəzən hakimlərin kobud rəftarları ilə qarşılaşdıqlarını söyləyib:

"Aşağı yaş qruplarının oyunlarına təyinat alan hakimlərin bir qismi insanla çox kobud rəftar edirlər. Təbii ki, bu mövzunu hamısına şamil etməyim doğru olmaz. Aralarında çox yaxşı idarəçilik qabiliyyəti olan və ünsiyyət yaratmağı bacaranları var. Hansı ki, məğlub olduğumuz qarşılaşmalardan sonra yaxınlaşıb, onlarla çox mədəni formada sağollaşmışıq. Lakin bəziləri var ki, məşqçilərlə xoş olmayan tərzdə davranırlar. Xahiş edərdim ki, onlarla bağlı ölçü götürülsün. Meydanda mübarizə aparan yeniyetmə futbolçuların üstünə qışqırmaq olmaz. Təəssüf ki, biz belə halların şahidi oluruq. Bu məsələləri nəzarətə götürmələrini istəyərdim".

Qeyd edək ki, AFFA İntizam Komitəsi qarşılaşma zamanı hakimləri və federasiyanı təhqir etməsini əsas gətirərək, Rəşad Sadiqovu 5 oyunluq cəzalandırıb.(Report.az)

Oxşar xəbərlər

Bütün xəbərlər