Azərbaycan millisi Şotlandiyaya məğlub oldu » Pressing.Az
Azərbaycan millisi Şotlandiyaya məğlub oldu
Azərbaycan Futbolu 5-09-2024, 10:22

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.

Pressing.az xəbər verir ki, U-19 hazırlıq çərçivəsində Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan milli komandası toplanış çərçivəsində sentyabrın 6-da Niderlandın, 9-da isə Uelsin U-19 komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.