Azərbaycan millisi Bəhreynə qarşı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxacaq.
Pressing.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gələcək.
İsparta şəhərindəki “Sav” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.