Xəbər lentiwidget-title-icon

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə

Ayxan Abbasov əsas milli ilə oyun haqda danışdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

Pressing.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə açıqlama verən 43 yaşlı mütəxəssis əvvəlcə əsas milli komanda ilə keçirilən yoxlama oyunu (0:3) ilə bağlı danışıb. O, məşq xarakterli matçın baş tutduğunu xatırladıb:

“Əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edirəm. Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. A millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir”.

U-21 millisi hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Baş məşqçi həmin qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını deyib:

“Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyir. Yoldaşlıq görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur. Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq”.

Ayxan Abbasov Belarus və Monteneqro yığmalarını təhlil etdiklərini vurğulayıb:

“Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib. Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib