"Difai"də yeni oyunçu - RƏSMİ
Azərbaycanın Birinci Liqa təmsilçisi "Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib.
Pressing.az xəbər verir ki, klub 22 yaşlı hücumçu Ondo Uorren-Llyod ilə müqavilə imzalayıb.
Qabonlu forvard indiyədək Azərbaycanın “Zaqatala” klubu ilə yanaşı, Moldovanın “Dinamo-Avto” və Fransanın “İstr” komandalarının da formasını geyinib.
Qeyd edək ki, “Difai” hazırda turnir cədvəlində 9 xalla 9-cu pillədə qərarlaşıb.