Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR
Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

Yüksək Liqada III dövrənin oyunları keçirilib – NƏTİCƏLƏR

Bu gün Yüksək Liqada III dövrənin oyunları keçirilib.

Pressing.az xəbər verir ki, XI turun ilk matçında lider “Baku Fire” və ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” üz-üzə gəlib. CBC Sport-la canlı yayımlanan oyunu prinsipial edən məqamlardan biri də Yüksək Liqanın cari mövsümündə “Araz-Naxçıvan”ın rəqibini məğlub edə bilməməsi və turnir cədvəlində ondan geri qalmasıdır. Tərəflərin daha çox ehtiyatlı oyuna üstünlük verdiyi birinci hissədə hesab açılmadı. Düzdür, “Baku Fire” qol vurdu, amma hakim qayda pozuntusu qeydə alaraq, cərimə zərbəsi təyin etdi.

İkinci hissədə “Araz-Naxçıvan” sükutu pozdu. Adamov rəqib qapısına yol tapmaqla oyunun da taleyini həll etdi. Onu da qeyd edək ki, bu, liderin cari mövsümdə ilk yenilgisi idi. “Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. Nominal qonaqlar ən yaxın izləyicisi ilə matçda inamlı qələbə qazanıb. Fasiləyə hesabda 4:1 üstün yollanan “Neftçi” ikinci hissədə də fərqi artırmağı bacardıb. Tura U-19-la “Yasamal Bakı” dueli ilə yekun vurulub. Hesabı autseyder açsa da, gənclərin cavabı ardıcıl qollarla gəlib. Yekunda qələbə qazanan milli xal ehtiyatını 9-a çatdırıb.

Baku Fire – Araz-Naxçıvan (0:0) 0:1

20 fevral. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İmran Məhərrəmov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Roman Adamov, 22:17

Sarı vərəqələr: Fərid Ələkbərov, 13:37, Murad Quluzadə, 17:24 // Ülvi Əliyev, 5:16, Roman Adamov, 13:13, Amirhossein Rasouli, 18:38

Şuşa – Neftçi İK (1:4) 1:7

20 fevral. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Anar Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Rüstəm Bağırov, 16:00 // Mortoza Haydari, 7:01, 19:14, Fərid Atakişiyev, 14:26, 34:32, Abdul Qafar, 18:33, 24:12, 39:18

Sarı vərəqələr: Sadegh Javid, 11:43, Aidar Turarov, 25:14 // Xətai Bağırov, 4:36, Eldar Zeynalov, 22:10, Mirzə Əmirov, 39:04

Qırmızı vərəqə: Sadegh Javid, 19:13 (ikinci sari vərəqə)

U-19 – Yasamal Bakı (4:1) 7:1

20 fevral. Bakı İdman Sarayı. Saat 18:00

Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Ədalət Ələkbərov, 9:53, 15:05, 37:16, Oqtay Mahmudzadə, 10:33, Rəvan Məşiyev, 12:57, Ümid Qəhrəmanov, 27:09, Rəvan Quliyev, 31:57 // Anar İsayev, 8:14

Sarı vərəqələr: Rəvan Məşiyev, 2:10, Oqtay Mahmudzadə, 10:49 // İmaməli Hüseynov, 10:32, Ceyhun Nağıyev, 31:57

Qırmızı vərəqə: İmaməli Hüseynov, 15:04 (ikinci sari vərəqə), Elçin Məmmədov, 39:31

Oxşar xəbərlər


Bütün xəbərlər