NTD-də iki ABŞ-li basketbolçu » Pressing.Az
NTD-də iki ABŞ-li basketbolçu
Digər növlər 15-09-2024, 11:00

NTD klubu iki ABŞ-li basketbolçu ilə anlaşıb.

Pressing.az xəbər verir ki, 24 yaşlı oyun qurucuları (point guard) Zion Patterson və Kaleb Burgeslə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Patterson son olaraq “Henderson State University” klubunun şərəfini qoruyub. Burges isə son 2 mövsümü “UNC Asheville Bulldogs” (University of North Carolina Asheville) klubunda keçirib.