"Sabah" vahid lider oldu » Pressing.Az
"Sabah" vahid lider oldu – ABL
Digər növlər 22-01-2024, 10:30

Azərbaycan Basketbol Liqasında 11-ci tur sona çatıb.

Pressing.az
xəbər verir ki, turun son görüşündə cari çempion "Sabah" Xaçmazda "NTD-İndiqo"nun qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsilə yekunlaşıb - 83:79.

Bu qalibiyyət bakılıları 21 xalla çempionatın vahid lideri edib. "NTD-İndiqo" 20 xalla ikinci pillədə qərarlaşıb.