Azərbaycan millisi MDB oyunlarında çıxışını başa vurdu  
                
            Digər növlər
            11-08-2023, 20:47
        

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında çıxışını başa vurub.
Pressing.az xəbər verir ki, İlqar Aslanovun baş məşqçi olduğu komanda son oyununda Rusiya yığması ilə üz-üzə gəlib.
Görüş rəqibin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandanın heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.

