Xəbər lentiwidget-title-icon

U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan paracüdoçuları üçün Almaniya sınağı
"Dinamo"nun futbolçusu: "Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm" – AÇIQLAMA
Azərbaycanda ilk dəfə çimərlik güləşi dünya çempionatı keçiriləcək
İspaniyada bu oyun təxirə salınıb
Mahir Emrelinin komandası növbəti mərhələdə
Musa Qurbanlı: "Tvente"yə qalib gəlib əsas mərhələyə vəsiqə qazanmaq istəyirik" – AÇIQLAMA
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşib
Qurban Qurbanov: "İki Azərbaycan komandası olsa, daha maraqlı olar"
"Qarabağ" Konfrans Liqasının pley-offunda
Ronaldo "Sumqayıt"da qaldı

Azərbaycan yığması rekord xalla Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləş yığması İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında rekord xalla birinci olub.

Pressing.az xəbər verir ki, sərbəst güləş üzrə yarışda həlledici görüşlər keçirilib və mübarizəyə yekun vurulub.

Cavanşir Süleymanov (38 kq) finalda rusiyalı Abdulla Almazova (0:10) məğlub olub və gümüş medalla kifayətlənib.

Hüseyn Rzazadə (41 kq) finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə (7:6) qalib gələrək Avropa çempionu olub.

Ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov (44 kq) eyni uğuru yuxarı çəkidə təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb (0:8) və gümüş medalla kifayətlənib.

Əkbər Əsgərov (48 kq) finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.

Muraz Hüseynov (57 kq) bürünc medal görüşündə rusiyalı Abdul İsayevə (0:10), Elcan Həsənov isə digər bürünc medal görüşündə ukraynalı Viktor Karaya (4:7) məğlub olub.

Məhəmməd Həsənli (62 kq) finalda rumıniyalı İstvan Naqiyə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və gümüş medalçılar sırasına qoşulub.

Xəyal Şükürlü (68 kq) ermənistanlı Şahen Martirosyana 7:4 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.

Elgün Kərimli (85 kq) finalda gürcüstanlı Mate Oniani üzərində əzmkar qələbə qazanıb – 11:9. Bununla da güləşçimiz komandanın hesabına 2-ci qızıl medalı yazdırıb.

Beləliklə, AÇ-də 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk üçlüyü Ukrayna (91) qapayıb.

Qeyd edək ki, 161 xal sərbəst güləşimizin bu yaş qrupunda yeni rekordudur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınmışdı. İki il əvvəl komandamız 145 xalla 2-ci yeri tutmuşdu.

Oxşar xəbərlər

Bütün xəbərlər