Həmyerlimizin komandasında yeni baş məşqçi » Pressing.Az
Həmyerlimizin komandasında yeni baş məşqçi – RƏSMİ
Dünya Futbolu Dünən, 10:52

Azərbaycanlı futbolçusu Amil Yunanovun çıxış etdiyi Albaniyanın “Bilis” klubunda yeni baş məşqçi təyinatı reallaşıb.

Pressing.az xəbər verir ki, komanda Nevil Dedeyə tapşırılıb.

49 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində Emanuel Eqbonu əvəzləyib.

Qeyd edək ki, "Bilis" ölkə çempionatında altı turdan sonra 5 xalla 10 komanda 9-cu yeri tutur.