"Zirə"dən Ruan Renato ilə bağlı QƏRAR » Pressing.Az
"Zirə"dən Ruan Renato ilə bağlı QƏRAR – RƏSMİ
Azərbaycan Futbolu 28-04-2025, 11:30

“Zirə” klubu futbolçusu Ruan Renatoyla yeni müqavilə bağlayıb.

Pressing.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. Braziliyalı müdafiəçi daha iki il "Zirə"də çıxış edəcək.

Yeni müqaviləyə əsasən futbolçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.