Xəbər lentiwidget-title-icon

Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
"Şamaxı"da yeni təyinat reallaşıb - RƏSMİ
Fəridə Lüftəliyevaya UEFA-dan yeni təyinat
Azərbaycan Super Liqasında növbəti mövsümə sabah start veriləcək
"Karvan-Yevlax"ın məğlubiyyəti - VİDEO
"Sabah"dan masazırlı azarkeşlərə JEST
FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixi açıqlanıb
"Gəncəbasar"dən darmadağın - VİDEO
Birinci Liqada 6-cı tura yekun vurulub - NƏTİCƏLƏR
"Kəpəz"in futbolçusu: “Azarkeşlər potensialımın yalnız 60-70 faizini görüblər” - VİDEO
U-15 dünya çempionatından əvvəl Azərbaycan millisinin açıq məşqi keçirilib
Sergen Yalçın rəsmən Türkiyə yığmasında
"Qalatasaray" - "Fənərbağça" oyununun hakimi açıqlandı
22 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
Azərbaycan klubundan məğlubiyyət
Azərbaycan klubu Serbiya təmsilçisini məğlub edib
Sabirabaddan Alanyaya: "Marafon" İK-nın beynəlxalq sınağı
Konfrans Liqasında 18 oyun keçiriləcək
Avropa Liqasında 3-cü tur həyəcanı
Misli Premyer Liqasında 9-cu turun hakimləri
Bakıda Azərbaycan çempionatı baş tutacaq
“Araz-Naxçıvan” və “Qarabağ” üçün maarifləndirici sessiyalar keçirilib
“Neftçi”dən AK-də növbəti məğlubiyyət
"Qalatasaray"ın 4 qolluq qələbəsi - VİDEO

"Mənə ədalətli hakimlik lazımdır" – Rəşad Sadıqov

"Zirə" klubu Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qəbələ səfəri hər komanda üçün ağırdır. Qələbə qazanmaq istəyirdik. Meydanda amansız mübarizə gedirdi. Hər iki komanda çox istəkli idi. Matça pis başlamadıq, oyuna biz nəzarət edirdik. Gözlənilməz qol buraxdıq. Sonra qol vurduq və nəzarəti əldə aldıq. İkinci hissədə hücum potensialını daha da gücləndirdik. Lakin istədiyimiz qolu vura bilmədik. İki epizodda rəqib qapıçı etibarlı oynadı. Bu cür oyunda, Qəbələ səfərində bir xal pis nəticə deyil. Qarşıda "Səbail"lə çox vacib oyun bizi gözləyir. Ona hazırlaşacağıq.

- Ülvi İsgəndərov ikinci dəfədir ki, "Zirə"yə uzaq məsafədən qol vurur. Həmin qolu necə şərh edərdiniz?

- Demirəm Ülvi bizə qarşı xüsusi motivasiya ilə oynayır. Amma artıq alışımışıq. Bizimlə hər oyunda ya qol vurur, ya məhsuldar ötürmə edir. Təəssüf ki, belə qol buraxdıq. Oyundan öncə bu haqda danışmışdıq. Amma Ülvinin usta vuruşuna qiymət vermək lazımdır.

- Matçın 70-ci dəqiqəsində ehtiyat oyunçular skamyası tərəfdə gərginlik yaşandı. Orada nə baş vermişdi?

- Anlaşılmazlıq var idi. Əsas odur ki, problem aradan qalxdı.

- Hakimin idarəçiliyindən razı qaldız?

- Bəyəndim deyə bilmərəm. Mənə ədalətli hakimlik lazımdır. Ümumən bu gün foullar çox idi. Tez-tez qayda pozuntuları olurdu. Ümumiyyətlə, "Qəbələ" ilə buradakı oyunlarımız həmişə aqressiv keçir. Amma indi onların vəziyyəti elədir ki, hər rəqibə qarşı bu cür yanaşırlar. Bu, başadüşüləndir, çempionatın gərgin dövrüdür, hamı qələbə qazanmaq istəyir.

- Klublar Komitəsinin Barış Şimşəklə görüşü oldu. Sizcə, bu görüşdən sonra hakim səhvləri azalacaq?

- Barış Şimşəkin işinə qiymət vermək istəmirəm. Bizim 5-6 yaxşı hakimimiz var. Hakimliklə bağlı etirazlarımız odur ki, aydın epizodlar idi. Bəzən VAR susur, belə epizodlar adamı məyus edir.

- Rüstəm Əhmədzadə nə vaxt yaşıl meydanlara qayıdacaq?

- Ən azı bir ay komandadan ayrı qalacaq. Çox ağır zədə alıb.

- Veteran futbolçu Mahir Şükürov sizin təkləndiyinizi deyib. Bu fikirlə razısız?

- Təklənmişəm deməzdim. Ötən mətbuat konfransında bu haqda danışdım. Yenidən qayıtmaq istəmirəm. Bir çox hadisələr futbol camiəsinin gözünün qabağında baş verir. Ümid edək ki, nə bizim, nə də digər komandaların əleyhinə qərarlar olacaq. Çünki, bir səhv ilin sonunda çox ağır nəticələrə səbəb olur.

Oxşar xəbərlər

Bütün xəbərlər