Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Murad Musayev: "Kəpəz" haqda pis söz deməmişəm"

"Sabah" Azərbaycan Premyer Liqasının 8-ci turunda dsəfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun oldu, çətin meydança idi. Yəqin ki, heç-heçə ədalətli nəticədir. Son oyunlarda buraxdığımız səhvlərdən sonra qalib gəlmək çətindir. Qələbə qazanmağı çox istəyirdik. Neçə oyundur ki, standar vəziyyətlərdən qollar buraxırıq. Çox şərh vermək istəmirəm. Təəssüf ki, belə alındı.

- Ceyhun Nuriyev və Nicat Mehbalıyev əvəzedici heyətə göndərilib. Məlumatımıza görə, siz yox, rəhbərlik onları göndərib. Futbolçular oynamaq istəyirlər rəhbərlik isə əvəzedici heyətə göndərir. Bu haqda nə deyə bilərsiz? İldar Ələbkərovu da görmədik....

- Heyətə 23 futbolçunun adını qeyd etmək olur. 24-25 oyunçu daxil edə bilmərik siyahıya. Ceyhun və Nicata gəlincə, mənim icazəmlə olan məsələdir. Siz klubun rəhbərisiz, uşaqları yetişdirirsiz, avrokuboklarda oynayırlar, milliyə düşürlər. Ona deyirsiz ki, müqaviləni artır və "Turan Tovuz"a icarəyə get. Müqaviləni uzatmırlar. Amma sən onun yetişməsində nə qədər iş görmüsən. "Turan Tovuz" onu gözləyirdi. Get oyna, daha sonra gəl əsas heyət uğrunda mübarizə apar. Nicatla da eyni vəziyyət idi, o da dedi ki, müqaviləni artırmaq istəmirəm. Bir mənada da futbolçular kluba hörmət etməlidir.

- Sabah eyni vəziyyət özünüzlə bağlı yaransa, necə olacaq? Məsələn, "Mançester Yunayted" sizi istəsə, necə yanaşacaqsız?

- Müsbət.

- "Qara zolaq"dan çıxmaq üçün nə çatmır?

- Yəqin ki, bir qələbə çatışmır. İki ildə etmədiyimiz səhvləri edirik, qollar buraxırıq. Bu da gücümüzü alır. Uşaqlar məşq edir, məşqlər yaxşı gedir, atmosfer normaldır. Sadəcə çox kobud səhvlərə yol veririk. Futbolçularda da əsəbilik var.

- İshak Belfodil bu gün məhsuldar ötürmə verdi. Qarşıdakı oyunlarda ona daha çox şans verəcəksiz?

- Nə qədər hazır olduğunu bilmək lazımdır. Tam hazır deyil. İlk dəqiqələrdən oynaması üçün şansı azdır. Bizimlə üç həftədir ki, məşq edir. Start heyətində başlaması üçün şansı çox deyil.

- Səbail"in ləğv edilmiş qolu var idi. Sizin reaksiyanız necə oldu?

- Ofsayd var idi. Mənim kiçik televizorum var. Baxdım ki, ofsayddır. Amma VAR-da oturanlar var. Görünürdü ki, forvard qapıya daha yaxın idi. "Kəpəz"lə bağlı sözlərimə əlavə etmək istəyirəm. Mən "Kəpəz" haqda pis söz deməmişəm. Biz niyə oynayırıq? Əksəriyyət klublar avrokuboklar üçün oynayır. 10-cu dəqiqədən vaxt aparsaq, necə olacaq? "Kəpəz" yaxşı komandadır, yaxşı oynayır. Demək istəyirəm ki, gəlin oynayaqq. Onsuz da Avropaya çıxanda fərqli olacaq. Amma biz burada 90 dəqiqənin 30 dəqiqəsini oynayırıq. İndidən özümüzü hazırlamalıyıq. "Kəpəz" yaxşı işlər görür. Amma bizimlə oyunda etmək istəmədi. "Kəpəz"in baş məşqçisi yaxşı mütəxəssisdir, komandası yaxşıdır. Amma gəlin futbol oynayaq. Niyə vaxt aparırıq? Futbolçu vaxt aparanda temp olmur. "Kəpəz"ə uğurlar arzu edirəm. Onlar haqda pis söz deməmişəm. Komandama deyim ki, qol vuraq, 90 dəqiqə uzanaq? Deyərəm ki, gəlin ikinci qolu vuraq.

- Bəs siz "Real" və "Barselona" ilə oynasaz, onda belə olmazdı?

- Taktiki hiyləgərlik var. Həkimi çağırmaq olar. Amma bu, 88-ci dəqiqədən sonra olar, 10-cu dəqiqədən yox da. Mən belə etməzdim. "Sevilya"ya qarşı oynamışam. Onlar Avropa Liqasın qalibi olmuşdular. 2:0 udurduq, üçüncünü vurmaq istəyirdik. Vaxt aparmırdıq. Sizə söz verirəm ki, belə edərdim. Mənim üçün futbol emosiyadır. İki məşqçi var, kimsə uduzmaq istəmir, kimsə qalib gəlmək istəyir. "Kəpəz" oynaya bilir, onlar "Qarabağ"a qarşı yaxşı oynamışdı. Mən həmkarlarıma toxunmuram. Heç bir məşqinin xətrinə dəymək istəmirəm.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar