Xəbər lentiwidget-title-icon

Mahir Emrelinin komandasından məğlubiyyət
25 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Bu gün "Sabah" - "Qarabağ" oyunu var!
Azərbaycan cüdoçularından Düşənbədə üç medal
"Neftçi" - "Turan Tovuz" oyununda vurulan 2 qol - VİDEO
"Kəpəz"dən geridönüş - VİDEO
Ramil Şeydayev oynadı, "Soçi" qələbə qazandı
İlham Əliyev millimizi təbrik etdi: “Bütün qollar bir-birindən gözəl idi”
"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"
Kurban Berdıyev: "Üzücü məqam odur ki, qələbə qazana bilmədik”
Bakıda "sülh", "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Düşünürəm ki, qələbəyə layiq idik" - Azər Məmmədov
Prezident İlham Əliyev dünya çempionatının açılışında
Zaur Həşimov: "Hazırda çox çətin durumdayıq"
"Neftçi" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda iki medal
"Şəfa" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Naxçıvan"dan qələbə - ABL
"Sabah"ın ulduzu Bundesliqa klubuna keçə bilər
Nə Elxan Məmmədov belə etmişdi, nə də Sərxan Hacıyev – ən pis nümunə Cahangir Fərəcullayevdir
Bu gün Bakıda U-15 dünya çempionatı start götürür
MPL: "Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan çempionatlarının 15000-ci qolu ondan gəldi
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında
Zirədə 5 qol - VİDEO

AFFA rəhbərliyinin yalançı təbliğatı – daha bizə lazım olmayan Santuş

Son günlər AFFA-nın yeni rəhbərliyinin futbol ictimaiyyətinin və idman mediasının fikirlərini nəzərə aldığı barədə yüksək səviyyədə təbliğat aparılır. Amma qəbul edilən qərarlar bunun tam əksini göstərir. Şəffaflıq və islahat adı altında verilən qərarlar daha çox qeyri-müəyyənlik yaradıb.

İlk problem AFFA İcraiyyə Komitəsinin tərkibi ilə bağlıdır. Federasiyanın Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri futbol fəaliyyəti ilə rəsmi şəkildə məşğul olmalıdır. Lakin yeni seçilən Balakişi Qasımov, Ülvi Mansurov, Zaur Axundov və Leyla Xəlilova-Rzazadə bu kriteriyaya cavab vermir. Bu halda hansı islahatdan danışmaq olar? Əgər federasiyanın öz Nizamnaməsinə hörmət etmirsə, futbol ictimaiyyətinin fikirlərinə nə dərəcədə önəm verəcəyi sual altındadır.

Milli komandanın baş məşqçi seçimi də qapalı şəkildə baş tutdu. AFFA bu prosesi açıq keçirmək əvəzinə, tam gizli saxladı. İcraiyyə Komitəsinin onlayn iclas keçirdiyi bildirildi, amma nə rəsmi saytda, nə də federasiyanın sosial şəbəkə hesablarında bununla bağlı bir dənə də olsun foto və ya video yayımlandı.

Ən çox müzakirə olunan və mübahisə doğuran qərarlardan biri isə legioner limitinin tamamilə ləğv olunmasıdır. Əvvəlki qərara əsasən, 2025/26 mövsümündən etibarən 8+3 formatı tətbiq edilməli idi. Yəni hər klubun start heyətində ən azı üç yerli futbolçu olmalı idi. Lakin AFFA-nın yeni rəhbərliyi əvvəlki qərarını dəyişərək legioner limitini tamamilə aradan qaldırdı. Bununla da yerli futbolçuların oynamaq şansını daha da azaltdı. Əksər klublar transfer planlarını əvvəlki qaydalara uyğun qurmuşdu və bu qərar onları çətin vəziyyətə saldı. Buna görə də bu qərar həm də qeyri-etik hesab olunur.

Premyer Liqada legioner limitinin ləğv edilməsindən sonra milli komandanın gələcəyi daha da qaranlıq görünür. Xatırlayırsınızsa, AFFA Fernandu Santuşu baş məşqçi təyin edəndə onun əsas hədəfinin Azərbaycanı Avro-2028-ə çıxarmaq olduğu bildirilmişdi. Amma gedişat tam əksinə oldu. Millimiz UEFA Millətlər Liqasında C Divizionundan D Divizionuna yuvarlandı. Artıq daha cırtdan ölkələrlə oynayacağıq və bu, Azərbaycan futbolunun bir addım da gerilədiyini göstərir. Bütün bunlar yaşanarkən, AFFA 70 yaşlı Santuş və onun məşqçilər korpusuna ildə 2 milyona yaxın manat maaş verməyə davam edir. İndiki məqamda milyonları portuqallara xərcləyincə, olmaz ki, bugünlərdə təsdiqlənən strategiyanın reallaşmasına yönəldək? Portuqaliyalı məşqçi isə bu vəziyyəti yaxşı başa düşdüyü üçün heç bir açıqlama da vermir. Yaxşı qazanan portuqaliyalı bu ahıl yaşında nələrisə deyib, niyə özünü federasiya ilə pis eləsin? Necə deyərlər, alan razı, satan razı...

Bütün bu qərarlar göstərir ki, AFFA-da dəyişən təkcə adlardır. İdarəçilikdə köhnə qaydalar qalır, futbol ictimaiyyətinin fikirləri isə yenə də nəzərə alınmır. İslahat adı altında verilən qərarlar isə, əslində, Azərbaycan futbolunun gələcəyini daha da təhlükəyə atır.(Sportliqa.az)
AFFA rəhbərliyinin yalançı təbliğatı – daha bizə lazım olmayan Santuş

Oxşar xəbərlər

Bütün xəbərlər