"Qarabağ" "Şamaxı"ya qarşı, "Neftçi"dən qələbə - YENİLƏNİR » Pressing.Az
"Qarabağ" "Şamaxı"ya qarşı, "Neftçi"dən qələbə - YENİLƏNİR
Azərbaycan Futbolu Bu gün, 18:00

Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.

Pressing.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilir.

Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkir. Hazırda bu komandalar turnir cədvəlində qonşudurlar. Paytaxt təmsilçisi 9 xalla 9-cu, əyalət klubu isə 5 xalla 10-cudur.

Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşəcək. Hazırda ikinci pilləyə qərarlaşan Ağdam klubu bu matçda qələbə qazansa, yenidən vahid lider olacaq. “Şamaxı” isə 8 oyundan sonra 9 xal toplayıb və 8-ci yerdədir.

IX tur
26 oktyabr (bazar)

16:00. “Qəbələ” - “Neftçi” - 0:2

Qol: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” - “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Azersun Arena”