Xəbər lentiwidget-title-icon

Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Turan”ın Çempionlar Liqası oyununa biletlər pulsuz paylanacaq
Əliyar Ağayev Gürcüstan - Ukrayna oyununu idarə edəcək
"Qəbələ"də yeni məşqçilər - RƏSMİ
UEFA-dan Niderland klubuna cəza
Messi cərmiə zərbəsindən mükəmməl qol vurdu - VİDEO
2-ci Liqada 5-ci tur həyəcanı
Messidən Romeroya
“Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik” - Yankauskas
Millidə intizam böhranı: Səfərovdan Abbasova hörmətsiz jest – VİDEO
“Daha yaxşı komanda görəcəyik” – Yeton Bekiri
Azərbaycan millisindən tarixi uğur
Millimizin Litva ilə heç-heçəsi - VİDEO
Niderlanddan qələbə, Almaniyadan şok məğlubiyyət - GECƏNİN NƏTİCƏLƏRİ
Qəbələdə qolsuz bərabərlik

Sağımız Zimbabve, solumuz Niger

FİFA milli komandaların bu il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisi də "ənənəsinə" sadiq qalaraq, geriləməklə məşğul olub. AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarda biabırçı hesablarla məğlub olan yığma 3 pillə geriləyərək, 1142 xalla 124-cü pillədə qərarlaşıb. Buna öyrəncəliyik. Bir pillə irəlilədiyimizi görəndə, az qalır sevincimizdən papağımızı göyə tullayaq.

Hansı ki Canni de Byazinin rəhbərliyi altında qazanılan ardıcıl 5 lazımsız qələbəyə görə eyforiyaya qapılan futbol ictimaiyyətimizin yarıdan çoxu misli görünməmiş formada öyünür, millinin oyununda inkişaf sezirdi. Amma sən demə, bu, sadəcə başaldatma idi. Görəcəyimiz günlər isə qarşıda...

Reytinq cədvəlində bir sağ, bir də sola baxırsan və coğrafi biliklərini işə salmaq məcburiyyətində qalırsan. Deməli, bizdən bir pillə irəlidə Niger, 122-ci yerdə isə Mərkəzi Afrika Respublikası qərarlaşıb. Nigeri görəndə, yəqin ki, çoxunuzun beyninə qeyri-ixtiyari olaraq ilk Nigeriya gəldi. Yox... Niger adlı ölkəni çox güman azərbaycanlıların mütləq əksəriyyəti tanımır. Düzdür, 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmiz adına yeganə qızıl medal qazanan Radik İsayev həlledici görüşdə məhz Niger taekvondoçusunu məğlub etmişdi. Amma görünən odur ki, Qərbi Afrikada yerləşən, 1.267.000 km² ərazi, 19,2 milyon əhaliyə malik olan Nigerin də Azərbaycan kimi böyük bir dərdi var – futbol. Bir sözlə, mövqelənmə tam yerindədir. Buna görə isə başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olmaqla Canni de Byaziyə, məşqçilər korpusuna və əksər oyunlarda bərbad performansla Azərbaycan futbolsevərini üzən yığma üzvlərinə "təşəkkür" düşür.

Azərbaycan millisindən geridə olan yığmalar isə Farer Adaları ilə Zimbabvedir. Nə sağ, nə də solumuzda ürəyimizə yatan bayraq var. Təbii ki, bununla hansısa ölkənin bayrağını, adını aşağılamaq fikrim yoxdur. Amma cədvəldə futbolu olan bir ölkəylə yanbayan olmaq hara, indiki mənzərə hara...

Yəni, biz nə vaxtsa futbolu olan ölkələrin yanına yaxınlaşa biləcəyik..? Cari duruma, uşaq futbolundakı vəziyyətə, regionlarda viran qalan stadionlara, infrastruktura baxanda, heç bu haqda fikirləşmək də istəmirsən. Sabahını düşünən (!) federasiya üçünsə bu problemlərin içində ən ümdəsi uşaq futboludur. Ümumiyyətlə, bu mövzuyla bağlı xeyli mühüm nüanslara toxunmaq olar. Təbii ki, bu, ayrı yazının mövzusudur. Uşaq futbolu ilə bağlı gərək hər gün silsilə yazılar yazıla, problemlər bir-bir araşdırılıb, hər xırda detalınadək göstərilə, amma çifayda.

İllərdir yazılır, göstərilir. Əncam çəkilib?

Daşqın Əziz, Offsideplus.az

Oxşar xəbərlər

Bütün xəbərlər