"Neftçi"nin yeni baş məşqçisi Adil Şükürov olacaq? – ÖZƏL » Pressing.Az
"Neftçi"nin yeni baş məşqçisi Adil Şükürov olacaq? – ÖZƏL
Manşet / Azərbaycan Futbolu 9-10-2024, 11:08

Uğursuz nəticələrin fonunda ukraynalı mütəxəssis Roman Qriqorçukla yollarını ayıran "Neftçi"də baş məşqçi postuna müxtəlif şəxslərin namizədliyi futbol ictimaiyyətində əsas müzakirə mövzularından biridir.

"Ağ-qaralar"ın "sükanı arxası"na namizədlər arasında daha çox yerli mütəxəssislərin adı çəkilir.

Pressing.az
-a daxil olan informasiyaya görə, "Neftçi" bu posta Adil Şükürovu gətirməyə hazırlaşır.

Son olaraq "Kəpəz"in baş məşqçisi olmuş 47 yaşlı mütəxəssis tezliklə paytaxt klubunu çalışdıra bilər.

Tərlan Əhmədovun da yenidən "flaqman"a qayıdacağı gözlənilsə də, bu posta ən real namizəd məhz Şükürovdur.

Pressing.az